Ermənilər Tovuz istiqamətində də yanğınlar törədib, yanan ərazidən partlayış səsləri gəlir

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri cəbhəyanı kəndlərdə təxribatları davam etdirir.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, ermənilər Tovuzun sərhəd kəndlərində otlaqları yandırıblar. Ötən axşam Tovuzun Əlibəyli kəndində dağlıq hissəsində güclənən yanğın xeyli ərazini külə çevirib. Sakinlər mal-qara otlaqlarını məhv edən düşmən ordusunun daha çox evlərə ziyan yetirməsinə çalışdığını deyirlər. Ermənistan ərazisindən tez bir zamanda cəbhə kəndinə istiqamətlənən yanğın zamanı partlayış səsləri də eşidilib. Kənd sakinlərinin sözlərinə görə, ərazidə bir neçə mina partlayıb. Yanğın otlaq sahələrini məhv etməklə yanaşı çöldə yaşayan vəhşi canlıları da kəndlərə doğru istiqamətləndirir.

 

Sakinlər istidən, alovdan qorunan çöl heyvanlarının kənddə bəslənən mal-qaraya, toyuq-cücəyə xətər yetirdiyini deyirlər.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli