Ərdoğandan PYD liderinə: "Əvvəlcə, siz öz başınıza nə gələcəyini fikirləşin"
"Ordumuz bu səhər saat dörddən Suriyanın şimalında, ölkəmizi təhdid edən İŞİD, PYD kimi terror təşkilatlarına qarşı əməliyyata başlayıb". APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriya ərazisinə daxil olmasına münasibət bildirərkən deyib.
Ərdoğan Türkiyədə baş verən terror aktlarının Suriya ərazisindən qaynaqlandığını vurğulayıb: "Daha heç kəs Suriya məsələsini Türkiyənin daxili işlərindən ayrı görə bilməz. İstər PKK, istər İŞİD, istər FETÖ olsun. Terror təşkilatlarının hücumuna qalmağımızın əsas səbəbi Suriyadır. Türkiyənin siyasəti ucbatından məqsədlərinə çata bilməyənlər bizi terrorla yönəltməyə çalışırlar".
Türkiyə prezidenti PKK-nın Suriya qolu PYD-nin lideri Salih Müslimi nəzərdə tutaraq bildirib ki, ""Suriya Türkiyə üçün elə olacaq, belə olacaq" deyə, kimlərsə bizə meydan oxuyur. Öncə öz başlarına nə gələcəklərini fikirləşsinlər".