Türkiyə ordusu daha beş şəhid verdi

Türkiyə ordusu PKK hücumları nəticəsində daha beş şəhid verib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Diyarbəkir vilayətinin Lice qəsəbəsində terrorçular əməliyyata çıxan hərbçilərə qumbaraatan və iriçaplı avtomatlarla atəş açıb. Atışmada dörd hərbçi şəhid olub. Səkkiz hərbçi isə yaralanıb. Yaralılar hərbi xəstəxanaya çatdırılıb.

 

Bingöl vilayətinin Karlıova qəsəbəsində isə PKK terrorçularının məhv etmək üçün həyata keçirilən əməliyyat zamanı partlayış baş verib. Nəticədə bir hərbçi şəhid olub. Ərazidə hava dəstəkli əməliyyat davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv