Türkiyədə 2847 hakim və prokuror işdən çıxarıldı - FETÖ araşdırması
Türkiyədə Hakimlər və Prokurorlar Ali Şurası FETÖ əməliyyatları çərçivəsində 2847 hakim və prokuroru xaric edib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, həmin şəxslər bir müddət öncə müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıblar. Hakim və prokurorların sistemdən xaric edilməsi barədə qərar yekdilliklə qəbul olunub. Şuradan qovulan hakim və prokurorlar arasında Mustafa Bilgili, Burhan Yaz, İbrahim Okur, Ahmet Kaya, Mustafa Başer, Metin Özçelik, Teoman Gökçe və Nəsibə Özerin də olduğunu bildirir. Bundan başqa adı son dövrlər gündəmdə olan prokuror Fərhad Sarıkaya da sistemdən xaric edilib.