Co Bayden: "15 iyul hadisələrindən əvvəldən xəbərimiz olmayıb"

"Biz heç bir şəkildə dövlət çevrilişini dəstəkləyə bilmərik. Bizim bu hadisədən öncə xəbərimiz yox idi. Bu baş verənləri dərhal qınadıq. Çevriliş cəhdindən öncə olduğu kimi Türkiyə ilə çiyin-çiyinəyik". Bu fikirləri ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin baş naziri Binəli Yıldırımla Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

 

Co Bayden deyib ki, onun Türkiyəyə səfər etməsini prezident Barak Obama istəyib: "Bununla iki ölkə arasındakı münasibətlərə son dərəcə önəm verdiyimizi dünyaya göstərmək istəyirik.

Fəthullah Gülənin Türkiyəyə qaytarılmasına məsələsinə gəldikdə, sizin hisslərinizi anlayırıq. Bu məsələdə əməkdaşlıq edirik. Bəzi sənədlərin təqdim olunması lazımdır. Bizim heç bir şəkildə hər hansı şəxsi qorumaq niyyətimiz yoxdur. Amma qanunlara əməl etmək lazımdır. Buna görə ABŞ məhkəmələrinə müraciət edəcəyik. Bu isə müəyyən vaxt tələb edir".

 

Co Bayden ABŞ-ı Türkiyənin ən yaxın dostu adlandırıb. 

Müəllif | Apa.Tv
Apa.tv