Cəbhə xəttində atışma, düşmən itki verdi QAYNAR XƏBƏR

Cəbhə xəttində ermənilərin növbəti təxribatının qarşısı alınıb. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan hərbçiləri oktyabrın 22-də günorta saatlarında ermənilərin növbəti təxribatının qarşısı alınıb. Həmin vaxt Tovuz rayonu istiqamətində cəbhə xəttində erməni hərbçilərini daşıyan nəqliyyat vasitəsi sərrast atəşlə vurulub.

 

Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.

 

Məlumatda Berd-İcevan yolunun Paravakar sahəsində baş vermiş hadisə zamanı əsgər Qarik Artakoviç Poqosyanın (Vanadzor hərbi komissarlığından- 1994-cü il təvəllüdlü) öldüyü, əsgər Artur Seroboviç Andranikyan (Vayk komissarlığı, 1994-cü il təvəllüdlü), Araik Norikoviç Jamqaryan (Masis, 1994) və Martin Vaqramoviç Petrosyanın (Masis, 1994) güllə yaraları aldıqları bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv