Suriyanın Cerablus qəsəbəsi İŞID-dən azad edildi

Türkiyə ilə sərhəddə yerləşən Cerablus qəsəbəsi Azad Suriya Ordusunun nəzarəti altına keçib.

 

APA TV-nin məlumatına görə, şəhər İŞİD qruplaşmasının silahlılarından təmizlənib.

 

Məlumata əsasən, Türkiyə ordusu itki verməyib. Azad Suriya Ordusunun bir əsgəri həlak olub, 10-u yaralanıb.

 

Xatırladaq ki, hazırda Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində hava və quru əməliyyatları keçirir.

 

Müəllif | Apa.Tv