Kabildə Amerika Universitetinə hücum: çoxlu sayda ölü və yaralı var

Əfqanıstanın paytaxtı Kabildə Amerika Universitetinə hücum olub. APA TV-nin məlumatına görə, hücumdan əvvəl universitet binasının qarşısında partlayış baş verib. Bunun ardınca silahlı şəxslər binaya soxulublar, atışma başlayıb.

 

İlkin məlumata görə, hücum zamanı universitetdə xeyli sayda tələbə və amerikalı müəllimlər olub.

 

Universitet ərazisində baş verən atışma nəticəsində bir tələbə həlak olub, 14 nəfər yaralanıb.

 

Əfqanıstandakı Amerika Universiteti 2006-cı ildən fəaliyyət göstərir. Orada 1700-ə yaxın tələbə təhsil alır.

 

 

 

 

Müəllif | Apa.Tv