Avro, rubl, lari ucuzlaşır, türk lirəsi bahalaşır - YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı valyutaların yeni məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, dolların kursu ötən günlə müqayisədə dəyişməyərək 1,6245 manat olub. Avronun kursu isə manata nisbətən zəifləyərək  1,8308 manat təşkil edib.

 

Rusiya rublu və Gürcüstan larisi də manat qarşısında dəyər itirib. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 24 manat 90 qəpik, 100 Gürcüstan larisi 70 manat 78 qəpikdir. Lirə isə gün ərzində manat qarşısında nisbətən möhkəmlənib. Hazırda türk lirəsinin kursu 55 manat 13 qəpikdir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi valyutaların məzənnələrin həftə içi hər gün yeniləyir.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı