Rövşən Lənkəranskinin maşınını sürən şəxs həbs olunub
İstanbulda öldürülən azərbaycanlı Rövşən Lənkəranskinin qətli üzrə aparılan istintaqda yeni detallar üzə çıxıb. APA TV-nin Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, qətl zamanı Rövşən Lənkəranskinin maşınını sürən Tahir adlı iş adamı istintaqa cəlb olunub. İfadəsi alındıqdan sonra onun haqqında həbs qətimkan tədbiri seçilib. İstintaq müəyyənləşdirib ki, Qətldən öncə Rövşən Lənkəranski Beşiktaşdakı oteldə bu şəxslə görüşübmüş. Görüşdə daha üç azərbaycanlı iştirak edib. İstintaq görüşə qatılmış Hacıbaba adlı şəxsin Rusiyada 5, Türkiyədə bir qətlin icrasında iştirak etdiyini müəyyənləşdirib. Bu şəxs üç il əvvəl İstanbulda azərbaycanlı iş adamı Əli Həmidovun qətlində də iştirakçı olub. Hacıbabanın bu qətli Rövşən Lənkəranskinin göstərişi ilə həyata keçirdiyi bildirilir.
Xatırladaq ki, bundan əvvəl Rövşən Lənkəranskinin qətli ilə əlaqədar dörd nəfər istintaqa cəlb olunub.