Ümit Özdağ: "Cerablus əməliyyatı PKK-nın Aralıq dənizinə çıxışının qarşısını almaq üçün idi"
"Türkiyə Ordusunun Suriya ərazisinə daxil olması ilə Suriya müharibəsində yeni bir mərhələ başlayıb. Müdaxilənin davam edəcəyi halda Suriyanın gələcəyinin müəyyənləşməsində önəmli bir addım atılmış olacaq. Türkiyə Silahlı Qüvvələri çətin dövrlər keçirsə də, ölkə xaricinə müdaxilə edə biləcəyini sübut etdi. Allah ordumuza kömək olsun". Bu açıqlamanı Milliyyətçi Hərəkat Partiyasının Qaziantep millət vəkili və partiya sədrliyinə namizəd professor Ümit Özdağ sosial şəbəkələrdə öz hesabından paylaşıb.
Ümit Özdağ son min ildə ən böyük daxili düşmən olan FETÖ"-nün verdiyi zərər tam ortaya çıxmamış Türkiyə ordusunun PKK-nın Aralıq dənizə doğru irəliləməsini dayandırmaq üçün Suriyaya girdiyini bildirir.
"Bu PKK-nın Aralıq dənizi siyasətini dayandırmaq üçün son şansdır. Buna görə əməliyyat qərarlı və konkret nəticə alınacaq şəkildə aparılmalıdır. PKK və İŞİD Türkiyəyə daxildən hücum edəcək. Anadoluda və şəhər mərkəzlərində terror aktları baş verəcək. Qarşımızdakı dönəm çətin günlər olacaq, ancaq gələcəyimizin xilası üçün bu addımlar atılmalıdır. Türkiyə Silahlı Qüvvələri üzərindəki ləkəni qanla təmizləyəcəkdir. Suriya əməliyyatı riskli olsa da ordunun travmadan çıxması üçün yaxşı nəticə verə bilər".