Temperatur 1 dərəcə də aşağı düşür - PROQNOZ
Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Sinoptiklərin məlumatına görə, havanın hərarətinin yarımadada gecə 21-25, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.