Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edib

 Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəki şəhərində vətəndaşları qəbul edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında keçirilən qəbulda  Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciətlərinə baxılıb, məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, işlə təminat və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov