Gəncə-Daşkəsən yolunda iki avtomobil toqquşub, xəsarət alan var

Gəncə-Daşkəsən yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb. “QAZel” markalı yük avtomobili ilə “VAZ2107”nin toqquşması nəticəsində “VAZ”da olan sərnişin, Bakı şəhər sakini  53 yaşlı Bənövşə Əhmədova xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov