Lənkəranda narkotik satan “dostlar” tutuldu

Daxili İşlər Nazirliyinin  Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsi tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri sayəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki  Lənkəran sakini yaxalanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, polis əməkdaşları Lənkəran şəhər sakini, 43 yaşlı Samil Muradxan oğlu Əliyevin idarə etdiyi "VAZ-2107" markalı, 90 ZB 670 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirərkən onun saxlanc yerindən sellofan torbaya bükülmüş 40 ədəd kibrit qutusunun içərisində ümumilikdə 150 qram narkotik vasitə olan marixuananı aşkar edərək götürüblər.

 

Rayonun Kərgəlan kənd sakini, 31 yaşlı Siyavuş Zakir oğlu Abbasovun yaşadığı evə baxış keçirilərkən oradan daha 1 kq 260 qram marixuana aşkarlanaraq götürülüb.

 

Araşdırmalar nəticəsində məlum olub ki, aşkar edilən və ümumi çəkisi 1 kq 400 qramdan çox olan marixuananı Siyavuş Abbasov Şamil Əliyevlə əvvəlcədən əlbir olaraq onun yaşadığı Kərgəlan kəndindəki həyətyanı torpaq sahəsində əkib-becəriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.  

Müəllif | Apa.Tv
Apa.tv