İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 250 nəfərə çatdı

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 250 nəfərə çatıb. Son məlumata görə, xəsarət alanların sayı 365 nəfərdir. APA TV-nin xəbərinə görə, bu barədə İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri məlumat verib.

 

Xatırladaq ki, iyulun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə  zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib.   

 

Hazırda fəlakət bölgəsində 4300-dən çox xilasedici  və ağır texnika işləyir. Ölkənin səhiyyə naziri deyib ki, hadisə qurbanlarının əksəriyyəti uşaqlardır. Nazirlik qurbanların sayının artacağı ilə bağlı xəbərdarlıq edib.

 

Müəllif | Apa.Tv