Somalidə Türkiyə səfirliyinin yaxınlığındakı restorana silahlı basqın: 6 ölü

Ötən gecə “Əş-Şəbab” terror qruplaşmasının üzvləri Somalinin paytaxtı Moqadişoda  restorana hücum ediblər. APA TV-nin məlumatına görə, silahlı basqın  nəticəsində azı 6 nəfər ölüb.

 

Məlumatda deyilir ki, terrorçular əvvəlcə Türkiyə səfirliyinin yaxınlığında yerləşən “Lido” çimərliyindəki restoranın qarşısında  minalanmış avtomobili partladıblar. Daha sonra restorana hücuma keçərək atəş açmağa başlayıblar.   Nəticədə 6 nəfər dünyasını dəyişib, onlarla insan yaralanıb.

 

Hələlik insidentin təfərrüatları açıqlanmır.

 

 

Müəllif | Apa.Tv