Türkiyənin Azərbaycana göndərdiyi yeni səfirin statusu rəsmiləşdi

Türkiyənin Azərbaycana yeni səfir təyin etməsi rəsmiləşib. APA TV-nin məlumatına görə, iyunun 13-də Erkan Özoralın Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin edilməsi barədə qərar bu gün rəsmi mətbuatda dərc olunub. Sabiq səfir İsmayıl Alper Çoşqun isə yeni vəzifəyə təyin olunmayıb və mərkəzə sərəncama çağırılıb. Ümumilikdə Xarici İşlər Nazirliyi 12 səfirin sərəncama göndərilməsinə qərar verib.

 

Müəllif | Apa.Tv
Apa.tv