Türkiyədə polis idarəsi partladıldı: 9 ölü, 64 yaralı

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda Çevik Polis İdarəsinə silahlı basqın olub. APA TV-nin xəbərinə görə, PKK terrorçularının bomba yüklü avtomobili idarədə partlatması ilə güclü partlayış baş verib.


Partlayış nəticəsində bina tamamilə dağılıb. Hadisə nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb. Əraziyə 12 təcili tibbi yardım maşını, 2 təcili tibbi yardım helikopteri və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub. Hazırda ərazidə atışma səsləri eşidilir.

Müəllif | Apa.Tv
Apa.tv