Şəmkirdə qadın ərinə mesaj yazdığına görə qohumu olan qadını bıçaqladı - TƏFƏRRÜAT
Şəmkirdə qadın qohumu olan qadını bıçaqlayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Sarıtəpə kəndinə qeydə alınıb.
Kənd sakini 28 yaşlı Günel Mirzəyeva şəxsi münasibətlər zəminində qohumu 25 yaşlı Məleykə Allahverənovanı bıçaqlayıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta ağır qiymətləndirilir.
Zərərçəkmişin anası Raya Allahverənovanın sözlərinə görə, qızı ilə cinayəti törədən xalasının gəlini Günel Mirzəyeva arasında əvvəllər heç bir narazılıq olmayıb.
Gunel Mirzəyeva polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Bildirib ki, qohumu olan Məleykə Allahverənova onun həyat yoldaşı Ümidcan Həkimovun telefonuna yazdığı mesajı gördükdə əsəblərinə hakim ola bilməyib və cinayəti törədib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.