"Qalatasaray"ın üç keçmiş futbolçusunun əmlakı müsadirə ediləcək

“Qalatasaray” klubunun keçmiş futbolçuları Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin əmlaklarının müsadirə olunması haqda qərar qəbul edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, keçən həftə komandanın keçmiş futbolçusu və sabiq millət vəkili  Hakan Şükürün də əmlakının müsadirə olunması barədə qərar qəbul verilib.Hazırda ABŞ-da yaşayan Hakan Şükürün atası tutulub.

   

Xatırladaq ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Hakan Şükürdən sonra “Qalatasaray”ın daha 3 keçmiş futbolçusu – Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin yaxalanması haqqında sanksiya verib. Prokurorluq Fətullahçı Terror Təşkilatının (FETÖ) ölkə futbolundakı təşkilatlanması ilə bağlı təhqiqat aparır. Arif Ərdəmin iyulun 23-də Türkiyəni tərk etdiyi müəyyənləşib. 

 

Müəllif | Apa.Tv
Apa.tv