Türkiyədən bir ailə və 3 iş adamı Yunanıstana qaçdı

Yunanıstan mətbuatı yeddi Türkiyə vətəndaşının bu ölkəyə qaçdığı ilə bağlı  məlumat yayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, informasiya artıq bu ölkənin rəsmi dairələri vasitəsilə təsdiqlənib.

 

Yunanıstan hökumətinin sözçüsü Olqa Gerovasili ilk olaraq 4 nəfərdən ibarət bir ailənin Dedeağac qəsəbəsinə, üç türk iş adamının isə Rodos adasına qaçaraq, ölkə hökumətindən sığınacaq istədiyini açıqlayıb.

 

Hazırda adıçəkilən şəxslərə Yunanıstan qanunlarına əsasən, ölkə sərhədlərini pozma ittihamının irəli sürüləcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv