Türkiyədə 7 minə yaxın polis sistemdən qovulacaq - YENİ FETÖ SİYAHISI
Türkiyədə daha 6 800 polis sistemdən qovulacaq. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Daxili İşlər Nazirliyi polis sistemində FETÖ üzvü və təşkilata bağlılığı olan polislərin yeni siyahısını hazırlayıb. Siyahıda Türkiyənin bütün polis idarələrindən olmaqla fərqli rütbəli asayiş keşikçiləri yer alır.
Siyahı hazırlanarkən, 17-25 dekabrdan sonra Fəthullah Gülənin çağırışı ilə Asiya Bankında hesab açdıranlara və MİT-in "ByLock" siyahısında olan polis məmurlarına diqqət edilib.