"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri məlum oldu - PÜŞKATMA
Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. APA TV-nin məlumatına görə, Sürixdə keçirilən mərasimdə Azərbaycanın "Qarabağ" və "Qəbələ" klublarının rəqibləri məlum olub. "Qarabağ" klubu "J" qrupunda mübarizə aparacaq. Ağdam klubunun rəqibi İtaliyanın "Fiorentina", Yunanıstanın "PAOK" və Slovakiyanın "Slovan" komandaları olacaq. Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" klubu isə "C" qrupunda yarışacaq. "Qırmızı-qaralar"ın rəqibləri Belçikanın "Anderlext", Almaniyanın "Maynts" və Fransanın "Sent-Etyen" klubları olacaq. Xatırladaq ki, bu klublardan "Anderlext", "Sent-Etyen" və "PAOK" əvvəlki yarışlarda Azərbaycan klublarının rəqibləri olublar.
Avropa Liqasının qrup mərhələsinin oyunlarına sentyabrın 15-də start veriləcək. Növbəti oyunlar sentyabrın 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, dekabrın 6-da baş tutacaq.