Rəsul Çunayev Balakəndə izdihamla qarşılandı

Braziliyada Olimpiya Oyunlarında  bürünc medal qazanan Rəsul Çunayev  Balakənə gəlib. APA TV-nin məlumatına görə, Balakən rayonunun  Qabaqçöl qəsəbəsində doğulub boya-başa çatan, Yunan-Roma güləşi üzrə 1-ci Avropa Oyunlarının qızıl mükafatçısı,  Rio-2016 Olimpiya Oyunlarında  bürünc medal qazanan  Rəsul Çunayev Balakən şəhərinin girişində həmyerliləri tərəfindən böyük təntənə ilə qarşılanıb. Qarşılanma mərasimində çempionun yaxınları ilə birlikdə onun idman yoldaşları və rayon ictimaiyyəti iştirak edib.


Qarşılanma mərasimindən sonra Rəsul Çunayev və onun ailə üzvləri, yaxınları Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.

 

Ona göstərilən sevgi və qayğıdan, ümumxalq məhəbbətindən razılığını dilə gətirən Rəsul Çunayev gələn yarışlarda ona göstərilən bu etimadı doğruldaraq bürün medalını qızılla əvəz etməyə çalışacağını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv