İŞİD-dən daha bir vəhşilik: uşaqlara əsirləri edam etdirdilər
İŞİD terror təşkilatı Suriyada beş əsirin edamı görüntülərini yayıb. APA TV-nin məlumatına görə, bu dəfəki edam İŞİD üzvləri tərəfindən ələ alınmış yeniyetmələrə icra etdirilib. Qərb mətbuatı xəbər verir ki, yeniyetmələrdən biri britaniyalıdır.
Videogörüntülərdə beş uşaq narıncı geyimdə olan əsirlərin arxasında dayanıb. Onlar tapança ilə əsirləri güllələməzdən əvvəl ərəbcə şüarlar səsləndirirlər.
İlkin məlumata görə, edam olunanlar kürd əsirlərdir.