Masazırda sərxoş şəxs oğurluq etdiyinə görə yaxalandı

Masazır qəsəbəsində fərdi evdən edilmiş oğurluğun üstü açılıb. APA TV-nin məlumatına görə, Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Elmira Əhmədova yaşadığı Masazır qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib. Evə baxış keçirən polis əməkdaşları ordan 4800 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyəri olan mobil telefonun oğurlandığını müəyyənləşdiriblər. Əməliyyatçıların keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Zahid Səfərov saxlanılıb. İdarədə dindirilən Zahid törətdiyi əməli etiraf edib. Onun sözlərinə görə, hadisə baş verən gün spirtli içki qəbul edib. Evə qayıdarkən isə oğurluğu törədib.

 

Zahid Səfərov mobil telefonu bir müddət özündə saxlayıb.

 

O, ki qaldı saxlanılan şəxsin mənzildən götürdüyü qızıllara, hazırda polis əməkdaşları  dəyəri 4800 manat olan bəzək əşyalarının kimə satıldığını araşdırır.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin  177-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv