Səfirlər, valilər, top menecerlər, təşkilat sədrləri - TÜRKİYƏDƏ KÜTLƏVİ HƏBSLƏR DAVAM EDİR
Türkiyədə FETÖ/PYD əməliyyatları çərçivəsində həbslər davam edir. APA TV-nin məlumatına görə, Kayseridə aralarında sabiq AKP vilayət təşkilatının rəhbəri Ömər Dengiz və Kayseri Sənaye Odası Məclisinin sədri Nureddin Okandanın da olduğu 36 nəfər həbs olunub. 9 nəfər nəzarətdə olmaq şərtilə sərbəst buraxılıb.
Qeyd edək ki, bir neçə gün öncə 400 polisin iştirakı ilə keçirilən əməliyyatda 65 iş adamı saxlanılıb. Onlardan 45 nəfər haqqında bu gün məhkəmə qərarı çıxarılıb. İspartada da FETÖ/PYD əməliyyatları davam edir. Haqqında iş açılan 130 nəfərin içində olan və həbs qərarı çıxarılan sabiq İsparta valisi Memduh Oğuz vilayətə gələrək prokurorluğa təslim olub. Memduh Oğuz vəzifədə olduğu müddətdə fəthullahçılarla qurduğu əlaqələrinə görə etirazlara səbəb olub. Sabiq vali Fethullah Gülənə ithafən "ən böyük" demişdi. Onun telefonunda fəthullahçıların istifadə etdiyi şifrəli danışıq proqramının olduğu bildirilir.
Anadolu Cümhuriyyət Baş Prokurorluğu FETÖ/PDY-yə maddi yardım etdikləri iddiası ilə daha 18 nəfərin həbsinə qərar verib. Həbs olunanlar arasında İhlas Xəbər Agentliyinin top meneceri Cahid Paksoy da var.
FETÖ əməliyyatları çərçivəsində saxlanılan keçmiş səfirlər Gürcan Balık, Ali Fındık və Tuncay Babalı haqqında da həbs qətimkan tədbiri seçilib.