Ötən il neçə azərbaycanlı qadın Türkiyəyə ərə gedib? - STATİSTİKA

Ötən il 1653 azərbaycanlı qadın Türkiyə vətəndaşı ilə ailə qurub. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Statistika İdarəsinin açıqladığı illik hesabatda bildirilir. Azərbaycanlı gəlinlər Türkiyədə populyarlığa görə üçüncü yerdədir. Hesabata əsasən, ötən il Türkiyə vətəndaşları daha çox suriyalı xanımlarla evləniblər. 2015-ci ildə Türkiyədə ailə quran suriyalı qadın sayı 3569 nəfər olub. İkinci yerdə alman gəlinlər gəlir - 2695. Azərbaycanlı xanımlardan sonra türk kişisinin qəlbini daha çox ovlamağı bacaran ruslar və ukraynalılardır. Ümumilikdə ötən il Türkiyədə xarici vətəndaşla ailə quranları sayı 22380 nəfər olub. 

Azərbaycanlı kişilər türk xanımların gözündə çox da populyar deyillər. Türk xanımla evlənən xarici vətəndaşların sayına görə azərbaycanlılar 7-ci yerdədir. Ötən il 85 azərbaycanlı kişi türk xanımla ailə qurub. Soydaşlarımız bu göstəriciyə görə, alman, avstriyalı, suriyalı, ingilis, amerikan və hollandlardan geri qalır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv