FETÖ üzvü olan daha bir polkovnik həbs olundu

Türkiyənin Şırnak vilayətinin Jandarma komandiri FETÖ əməliyyatları çərçivəsində həbs edilib.  APA TV-nin xəbərinə görə, Şırnak Cümhuriyyət Baş Prokurorluğunun qərarı ilə vilayət Polis İdarəsinin Terrorla Mübarizə qrupu Jandarma komandiri polkovnik Sami Özturhan saxlanılıb. O, 15 iyul dövlət çevrilişinə cəhd prosesində günahkar bilinir.

 

Qeyd edək ki, sabiq hərbi prokuror Əhməd Zəki Üçok terror bölgəsində bir generalın PKK ilə gizli danışıqlara gedərək 60 hərbçini terrorçulara yem etdiyini deyib. O, Cənub-Şərqi Anadoluda yerləşən hərbi birləşmə rəhbərlərinin FETÖ-çü olub-olmadığına, PKK ilə əlaqələrinə dair araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv