Türkiyə ordusu PYD mövqelərini növbəti dəfə bombaladı

Türkiyə ordusu PYD/YPG-nin Cerablus bölgəsinin Tilemarne kəndindəki mövqelərini uzaqvuran toplardan atəşə tutub. Bundan başqa Tilemarne Türkiyə təyyarələri tərəfindən bombardman edilib.

 

APA TV-nin xəbərinə görə, bunu YPG-nin daxil olduğu Suriya Demokratik Qüvvələrinin xarici əlaqələr üzrə nümayəndəsi Abdulaziz Yunus deyib. Hadisə bu gün səhər baş verib. Türkiyə Silahlı Qüvvələri “Fırtına” topları və hərbi təyyarələr vasitəsilə Cerablusun 8 km cənubunda yerləşən Tilemarne kəndinə zərbələr endirib. A. Yunus bombardman nəticəsində ölənlər və yaralananlar olduğunu bildirib. 

 

Yunus, Cerablusun cənubunda YPG-nin olmadığını, orada Menbiş Hərbi Məclisi döyüşçülərinin olduğunu qeyd edib. Türkiyə bundan əvvəl Afrin, Kobani və Derik bölgəsində YPG mövqelərini toplarla vurmuşdu. Xatırladaq ki, Türkiyə PYD və YPG-dən Fərat çayının qərb sahilindən geri çəkilməyi tələb edib. ABŞ da bu tələbi dəstəkləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv