Cəbhə boyu kəndlərdə elektrik enerjisi kəsildi - QARABAĞDA TƏBİİ FƏLAKƏT

Ötən gecə Ağdam, Bərdə və Tərtər rayonlarında qasırğa ciddi fəsadlar törədib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yağışla müşahidə olunan güclü külək Ağdam, Bərdə və Tərtər rayonlarında ağacları kökündən qopararaq elektrik naqillərinin üzərinə salıb.
 

Bu səbəbdən həmin  rayonların bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü Qasımov APA TV-yə açıqlamasında bildirib ki, hələlik Çəmənli  və İmamqulubəyli kəndlərindən  tikililərə zərər dəyməsi barədə məlumat daxil olub.

Yaşayış məntəqələrinin çoxunda elektrik enerjisinin verilməsi bərpa olub. Hazırda 6 kənddə bərpa işləri aparılır. Qırılan ağaclar kənara daşınaraq, həm yolların açılması həm də, elektrik naqillərinin bərpası təmin edilir.

 

Müəllif | Apa.Tv
Zahid Abışov