Neftin qiyməti sabitləşir, gözlər ABŞ və Ərəbistan yarımadasındadır
Dünya bazarında neftin qiyməti stabilləşməkdədir. APA TV-nin məlumatına görə, birjalarda həftənin ilk seanslarında "Brent" markalı neftin bir bareli 49,94 dollardan satılıb, daha sonra qiymət ucuzlaşaraq 49,52 dollar həddinə enib. Qərbi Texas neftinin qiymətində də analoji tendensiya müşahidə olunur. İlk seanslarda 47,64 dollara satılan WTİ nefti növbəti hərraclarda ucuzlaşaraq 46,98 dollardan satılıb.
Bu həftə neftin qiymətinə təsir göstərəcək amillər arasında ABŞ-ın neft ehtiyatlarına dair proqnozları, OPEK-in növbəti toplantısında çıxacaq qərarlarla bağlı iştirakçı dövlətlərin mövqeləri, Çində iqtisadi inkişaf tempinə dair açıqlanacaq hesabatlar və Ərəbistan yarımadasında son durumu göstərmək olar.