Dollar və rublun kursu dəyişmədi, avro və lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi cümə günü ilə müqayisədə dəyişməyib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,6280 manatdır. Avro isə manata nisbətən ucuzlaşıb. Mərkəzi bank avronun məzənnəsini 1,8238 manat olaraq müəyyənləşdirib.

 

Rus rublunun da məzənnəsi dəyişməyib, lirə ucuzlaşıb, Gürcüstan larisi isə bahalaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 10 qəpik, 100 türk lirəsi 55 manat 15 qəpik, 100 türk larisi 71 manat 33 qəpikdir.

 

Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.

 

Müəllif | Apa.Tv
Apa.tv