Alman siyasətçi: "Obama səhv edir, Putin isə pələng kimi döyüşçüdür"

"ABŞ prezidenti Barak Obama Rusiyanı "regional güc" adlandırmaqla böyük səhvə yol verib". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri "Die Welt" nəşrinə müsahibəsində alman siyasətçi Qreqor Gizi deyib.

 

O, həmçinin Rusiya prezidenti Vladimir Putini pələng cəldliyinə malik döyüşçü adlandıraraq, onun barəsində bu cür fikirlər səsləndirilməsinin yolverilməz olduğunu bildirib.

 

Q. Gizi eyni zamanda Vladimir Putin ilə Ağ Ev rəhbəri Barak Obamanın şəxsi münasibətlərində də problemlər olduğuna diqqət çəkib. 

 

Politoloqun fikrincə, Qərb Rusiyanın maraqlarını nəzərə almamaqla dəfələrlə kobud səhvə yol verib.

 

Qreqor Gizi bu səhvlərin arasında Yuqoslaviyanın bombalanması, Şərqi Avropada ABŞ Raket Hücumundan Müdafiə Sistemlərinin yaradılması və Ukraynanın NATO-ya üzvlüyü yolunda atılan addımları, habelə, Krımın Rusiyaya birləşdirilməsindən sonra bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsini göstərib.

 

Politoloq onu da qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Qərbin özünə bu ölkədən daha çox mənfi təsir göstərir.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv