Murat Karayılandan 15 iyul təlimatı: "Hərbçilər çevriliş edəcək, onlara toxunmayın"
PKK terror təşkilatı Türkiyədə 15 iyulda dövlət çevrilişi olacağını əvvəldən bilib. APA TV-nin xəbərinə görə, PKK lideri Murad Karayılan çevriliş cəhdindən bir müddət "hərbçilər çevriliş edəcək, onlara hücum etməyin, yalnız polisə hücum edin" təlimatı verib.
Bu təlimat əsasında PKK 15 iyuldan sonra bir həftə ərzində terror aktlarını ümumiyyətlə dayandırıb. Çevriliş cəhdinin baş tutmayandan sonra PKK lideri yenidən hərbçilərə və polisə hücumları davam etdirmək təlimatı verib.
Bu təlimatdan sonra PKK Diyarbəkir, Mardin, Van, Hakkari, Şırnak, Cizrə, Yüksəkova, Qaradəniz bölgəsi, Elazığ və Antalyanın Kəmər qəsəbəsində terror aktları törədib.
PKK-nın 15 iyulda çevriliş planından əvvəlcədən xəbər tutması terror təşkilatının FETÖ ilə əməkdaşlıq etməsinə, həm PKK, həm FETÖ-nün bir mərkəzdən idarə olunmasına sübut hesab olunur.