Gəncədə "Jiquli" "Niva" ilə toqquşdu, yaralananlar var

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxacağında qeydə alınıb.

 

“VAZ-2106” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində “Jiquli”də olan iki qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv