PKK ilə ağır döyüşlər: 10 terrorçu öldürüldü, 2 əsgər şəhid oldu
Türkiyədə PKK ilə çıxan atışmada iki hərbçi şəhid olub. APA TV-nin məlumatına görə, Hakkarinin Şəmdinli qəsəbəsində terrorçulara qarşı dünən başlayan əməliyyat davam edir. Səhər saatlarında baş verən döyüşdə iki hərbçi həyatını itirib. Yaralılar barədə məlumat yoxdur. Əraziyə helikopterlər cəlb olunub.
Qeyd edək ki, əməliyyat ötən gün səhər saatlarında terrorçuların hərbçilərə atəş açmasından sonra başlayıb. Nəticədə 10 PKK terrorçusu məhv edilib.