Türkiyədə həbslər davam edir: Daha 162 nəfər həbs olundu

İstanbul baş prokurorluğu Türkiyədə ölkənin ən böyük mobil operator şirkəti Türk Telekomda FETÖ ilə əlaqədə şübhəli bilinən 53 əməkdaşın həbsinə qərar verib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bundan əvvəl də şirkətdə FETÖ/PYD ilə bağlılıqda ittiham olunaraq saxlanılan 28 nəfərdən 11 həbs edilib, 17 nəfər isə nəzarətdə saxlanılmaq şərti ilə sərbəst buraxılıb.


Xuntaçıların killer yetişdirən SAS qruplaşmasının keçən həftə İstanbulda saxlanılan "imamı" Əmrullah Merallı haqqında da həbs qətimkan tədbiri seçilib. Bundan başqa, terrorçu qruplaşmanın Türkiyədə FETÖ ilə əlaqəli olan polis komissarları ilə əlaqə yaradan "imamı" Mahmud Qarslı Nevşehirdə tutulub. Nevşehirdə ondan əlavə daha bir iş adamı, bir müəllim və iki turizm şirkətinin rəhbəri həbs edilib.

Ərzurumda keçirilən əməliyyatlarda isə Atatürk Universitetinin 40 əməkdaşı saxlanılıb. Bu səhər İqtisadi Məsələlər üzrə Dövlət Şurasının 102 əməkdaşı saxlanılaraq polis bölmələrinə gətirilib. Onlardan 65 nəfəri, Ali Məhkəmədən isə 37 əməkdaş haqqında həbs qərarı çıxarılıb.

 

FETÖ təhqiqatı çərçivəsində İstanbul Məhkəmə Tibbi Ekspertizasında çalışan ekspert Həsən Bayram Marmarisdə saxlanılıb.

 

Əməliyyatlar davam edir.
 

Müəllif | Apa.Tv
Apa.tv