Özbəkistan prezidenti İslam Kərimov insult keçirib - RƏSMİ AÇIQLAMA

Özbəkistan Nazirlər Kabineti prezident İslam Kərimovun səhhəti ilə bağlı açıqlama yayıb. APA TV-nin məlumatına görə, hökumət prezidentin stasionar müalicə aldığını bildirib. Özbəkistan prezidentinin xəstəliyi və konkret müalicə müddəti ilə bağlı məlumat verilmir. Məlumatda qeyd edilib ki, tam tibbi müayinə və növbəti müalicə müəyyən müddət tələb edir.

 

Özbəkistan prezidentinin qızı Lola Kərimova-Tillyayeva da atasının səhhətində problem olduğunu təsdiqləyib. O, özünün "Facebook" sosial şəbəkəsində atasının insult keçirdiyini yazıb. Qızının yazdığına görə, Kərimov ötən şənbə insult keçirib və dərhal xəstəxanaya çatdırılıb. Lola Kərimova hazırda reanimasiya şöbəsində müalicə olunan prezidentin gələcək durumu barədə məlumat verməyin tez olduğunu bildirib.

 

Qeyd edək ki. Özbəkistan prezidenti İslam Kərimovun 78 yaşı var. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edir.

 

Müəllif | Apa.Tv
Apa.tv