İldırım 323 maralı tələf etdi - HADİSƏ ANI
Norveçin cənubunda ildırım çaxması nəticəsində Milli Park ərazisində yaşayan marallar kütləvi şəkildə tələf olub.
APA TV-nin Vesti.az-a istinadən məlumatına görə, hadisə avqustun 26-da Hardangervidd Milli Parkının ərazisində qeydə alınsa da, xilasedicilər əraziyə yalnız 28 avqustda yaxınlaşmağa müvəffəq olub.
İlkin məlumatlarda təbiət hadisəsi nəticəsində ümumilikdə 323 maralın tələf olduğu açıqlanıb.
İldırımın maralları park ərazisindən 50 metr kənara atdığı da gələn məlumatlar arasındadır.