İslam Kərimovun ölüm xəbəri rəsmən təkzib edildi
Özbəkistan prezident aparatı İslam Kərimovun ölüm xəbərini təkzib edib.
APA TV-nin məlumatına görə, bu barədə RİA Novosti agentliyinə prezident aparatındakı mənbə bildirib.
“Prezident İslam Kərimovun vəziyyəti stabildir”, deyə mənbə bildirib.
Qeyd edək ki, İslam Kərimov avqustun 27-də xəstəxanaya yerləşdirilib. Bu gün bəzi xəbər saytları İslam Kərimovun vəfat etməsi barədə məlumat yayıb.