Suriyadan Türkiyəyə top atıldı, 5 uşaq yaralandı
Türkiyənin Kilis şəhərinə dalbadal 3 raket atılıb. APA TV-nin məlumatına görə, Suriyadan atıldığı bildirilən mərmilər nəticəsində 5 nəfər yaralanıb.
Hadisə avqustun 29-u axşam saatlarında baş verib. Atılan mərmilərdən biri evin divarına dəyib. Hadisə nəticəsində yaralananların hamısı uşaqdır. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyə silahlı qüvvələri raket hücumuna cavab verib. Suriya ərazisindəki atəş nöqtələrinə zərbələr endirilib.