Sabah Bakıda yağış yağacaq

Oktyabrın 24-də ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir.

 

Tükəzban Hacıyeva, proqnozlar bürosunda qrup rəhbəri:

 

- Belə ki, bölgələrimizdə arabir yağış yağacağı bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən gündə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Belə ki, mərkəzi aran rayonlarında gündüz saatlarında 14-19 dağlıq rayonlarda isə gündüz saatlareında 3-8 dərəcə isti təşkil edəcək. Paytaxtımıza gəldikdə isə qeyd edim ki, paytaxtımızdada qeyri-sabit hava şəraiti keçəcəyi gözlənilir. Belə ki, arabir yağış yağacaq güclü şimal şərq küləyi əsəcək. Havanın temperaturu 11-13 dərəcə isti təşkil edəcək.

 

APA TV-nin xəbərinə görə, oktaybırın 25 və 26-da isə hava şəraitinin sabitləşəcəyi gözlənilir. Həm paytaxda, həm də bölgələrimizdə dəyişkən buldulu əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova