Obamanı öldürmək istəyən şəxs yaxalandı: ABŞ ŞOKDA
ABŞ-da prezident Barak Obamaya qarşı sui-qəsd planlaşdıran şəxs yaxalanıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, yaxalanan 40 yaşlı Massaçusets sakini Cozef Qarqyulo dövlət başçısını onun məzuniyyəti zamanı Martas-Vinyard adasında öldürməyi düşünürmüş. Həmin ada məhz Massaçusets ştatının ərazisidir.
Qarqyulo Obamanı qolf-kurortda öldürmək niyyətini bir neçə yerdə açıq bildirib. O, bununla yanaşı müsəlmanlara və ABŞ-ın hüquq-mühafizə orqanlarını da bir neçə dəfə hədələyib. Federal Təhqiqatlar Bürosu şübhəli şəxsi iyul ayından izləməyə başlayıb. Saxlanıldıqdan sonra onun mənzilində yoxlama aparılıb. Qarqyulonun evindən əsl cəbbəxana aşkarlanıb. Polis evdən çoxlu odlu və soyuq silahlar, həmçinin partlayıcı maddələr və qurğu götürüb.
Cozefin daim yüksək təsiredici maddələrdən istifadə etdiyi təsdiq olunub. O, ümid edib ki, ABŞ-da tezliklə hərbi rejim qurulacaq.