Neftin qiyməti 50 dollar civarında stabilləşir

Dünya bazarında neftin qiyməti stabilləşməkdədir. APA TV-nin məlumatına görə, birjaların dünənki seanslarında "Brent" markalı neftin bir bareli 49,79 dollardan satılıb. Bu gün səhər seanslarında isə "Brent" nefti  49,56 dollardan satılır. Qərbi Texas neftinin qiymətində də analoji tendensiya müşahidə olunur. İlk seanslarda 47,23 dollara satılan WTİ nefti növbəti hərraclarda 4 sent ucuzlaşaraq 47,19 dollardan satılıb.

 

Bu həftə neftin qiymətinə təsir göstərəcək amillər arasında ABŞ-ın neft ehtiyatlarına dair proqnozları, OPEK-in növbəti toplantısında çıxacaq qərarlarla bağlı iştirakçı dövlətlərin mövqeləri, Çində iqtisadi inkişaf tempinə dair açıqlanacaq hesabatlar və Ərəbistan yarımadasında son durumu göstərmək olar. 

Müəllif | Apa.Tv
Apa.tv