Bişkekdə Çin səfirliyi partladıldı
Çinin Qırğızıstan paytaxtındakı səfirliyi partladılıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, partlayışı terrorçu-kamikadze törədib.
Üzərinə partlayıcı qurğu bağlayan şəxs onu işə salıb və özü də ölüb. Səfirliyin Qırğızıstan vətəndaşı olan üç əməkdaşı müxtəlif xəsarətlər alıb.
Ölkənin baş nazirinin müavini Jeniş Razakov bildirib ki, terrorçu səfirliyin yaxınlığına Mitsubishi Delica avtomobili ilə gəlib.
Hazırda hadisə yerində polis və kriminalistlər işləyir. Ərazi nəzarətə götürülüb. Terrorçunun şəxsiyyətini isə müəyyənləşdirmək mümkün olmayıb.