YPG terrorçuları Türkiyə ordusunun qarşısından geri çəkilməyə başladı
PKK-nın Suriya qolu olan YPG Türkiyənin tələbi ilə geri çəkilir. APA TV-nin məlumatına görə, əsası YPG-lilərdən təşkil olunan Cerablus Hərbi Məclisi Cerablusdakı qüvvələrinin Sacu Suyunun cənubuna çəkildiyini açıqlayıb. Açıqlamada qarşı tərəfin hücum etməyə bəhanəsi qalmasın deyə, geri çəkildikləri qeyd olunur.
Cerablus Hərbi Məclisindən Armanc Cerablus bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu ilə aralarından üç kilometrlik bir məsafə olduğunu və Azad Suriya Ordusunun Amarinah kəndinin cənubuna keçməsinə icazə verməyəcəklərini söyləyib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azad Suriya Ordusu avqustun 24-də "Fərat qalxanı" əməliyyatına başlayıb. Cerablus qəsəbəsi bağlı və Çobanbəy bölgəsində onlarla kənd İŞİD və PYD\YPG terrorçularından azad edilib.