Roma Papası Tsukerberqi qəbul etdi, sürpriz hədiyyə aldı

Roma Papası Fransisk iqamətgahında "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberqi qəbul edib.

 

APA TV-nin məlumatına görə, görüşə həyat yoldaşı Pristsilla Çan ilə birgə qatılan M. Tsukerberq ilə Roma papası əsasən informasiya texnologiyalarından istifadə və yoxsulluqla mübarizə məsələlərini müzakirə ediblər.

 

Görüşün sonunda M. Tsukerberq papaya xatirə hədiyyəsi olaraq kiçik pilotsuz uçan aparat təqdim edib. 

Müəllif | Apa.Tv
Apa.tv