Türkiyədə 35 jurnalist haqqında həbs qərarı verildi

İstanbul, Ankara və Kocaeli şəhərlərində FETÖ təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan 35 jurnalist barəsində həbs qərarı verilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onlardan "Hürriyet.com.tr" saytının redaktoru Dinçer Gökce, bundan başqa Nurullah Öztürk, Rasih Yılmaz, Murat Aksoy, Abdullah Alparslan Akkuş, İskender Yunus Tiryaki, Levent Arap İstanbulda, Ayhan Şimşek isə Kocaeli şəhərində həbs olunublar.

 

 

Müəllif | Apa.Tv
Apa.tv